İşdə müdirlə yaxşı münasibəti necə qorumaq olar? | Banco.az

İşdə müdirlə yaxşı münasibəti necə qorumaq olar?

Hazırda iqtisadi vəziyyətdə stabilliyin olmaması, milli valyutanın taleyi ilə bağlı söhbətlər ən aktual məsələlərdəndir. Şübhəsiz ki, bu aktual məsələ iş mühitinə də təsirsiz ötüşmür. Devalvasiya və böhran təhlükəsi kimi hallar həmişə istənilən müəssisə işçilərini narahat edə bilər. Hətta bəzi iş yerlərində vəziyyət o qədər gərginləşir ki, əməkdaşlarda işlərini itirmək qorxusu yaranır. Belə hadisələrin sizin də  başınıza gəlməsini istəmirsinizsə tez bir zamanda müdirlə münasibətlərinizi qaydaya salmalısınız.

Unutmayaq ki, müəsissədəki narazıçılıq işin keyfiyyətinə də birbaşa təsir edir. Bu işçilərdə özünə inamsızlıq, depressiya və s. kimi mənfi hallara yol açır. Şübhəsiz, işdəki gərginlik əməkdaşı evdə və şəxsi həyatda da izləməyə davam edir.

Sizə öz bossunuzla münasibəti nizamlamağın ən faydalı üsullarını təqdim edirik. Aşağıdakılara əməl etsəniz, işinizi itirmək təhlükəsi sizdən uzaqlaşacaq.

  1. Yeni müdirinizi müşahidə edin və ondan öyrənin. Əgər işə yenicə başlamısınızsa, onda yeni iş yerinizdəki ab-hava əvvəlki ilə üst-üstə düşməyə bilər. Xüsusuilə, işə başladığınız ilk həftələrdə diqqətli olmalısınız. Bu mərhələdə şirkətin ümumi iş prosesini və müdirinizin xarakterinə bələd olmağa çalışın. Əgər bunu bacarsanız, artıq sonrakı mərhələrdə necə davranmalı olacağınızla bağlı tərəddüd etməyəcəksiniz. Yəni, yeni mühitə çox rahat uyğunlaşa biləcəksiniz.
  2. Peşəkar görünməyə və davranmağa çalışın. Bunun üçün, qarderobunuza əl gəzdirsəniz yaxşı olar. Peşəkar təssürat yaratmaq ilk növbədə geyimdən başlayır. Təmiz və səliqəli geyinin. Nəqədər rəsmi görünsəniz bu sizin üçün üstünlükdür. Bu yolla işinizə laqeyd olmadığınızı göstərmiş olarsınız.
  3. Işdə rəhbərdən daha erkən olmağa vərdiş edin. Müdirin gözündə intizamlı işçi postunu qoruyub saxlamağın qızıl qaydası işə gecikməməkdir. Müxtəlif şirkətlətin idarə heyyətləri arasında aparılmış sorğunun nəticələri göstərir ki, müdirlər işə vaxtında gələn işçiyə qarşı daha yaxşı münasibət göstərirlər. Müdirin şirkətdə inanıb, etibar etdiyi şəxsin olması mütləqdir. Əgər siz özünüzdə bu göstərilən xüsusiyyətləri cəmləsəniz, həmin şəxs siz olarsınız.
  4. Hər zaman təşəbbüskarlıq nümayiş etdirin. Istənilən yeni işə götürülən ilk vaxtlar demək olar ki, aktivlik nümayiş etdirmir. Yəni sırf hərəkətsiz qalaraq ona tapşırılacaq işi gözləyir. Lakin siz belə vəziyyətlərdən dərhal uzaqlaşmağa çalışın. Bunun üçün müşahidə qabiliyyətinizi işə salın. Əgər şirkətdə sizin öhdəsindən gələ biəcəyin

    Ən sərfəli kredit üçün müraciət et

    iz hər hansı bir iş varsa, onun icrasına başlayın. Onun sizə tapşırılacağı vaxtı gözləməyin. Belə yüngül işlərlə şirkət daxilində reputasiya qazana bilərsiniz. Həm də daha müstəqil fəaliyyətə başlamanıza kömək edə bilər.
  5. Bossunuzla münasibətinizi pozitiv kökdə saxlayın. Ümumiyyətlə münasibətin uğurlu olması üçün ən vacib amil inamdır. Sözünüzdə bütöv olun. Öhdəsindən gələ bilməyəcəyiniz işləri üzərinizə götürməyin. Həmçinin, hazırlayacağınız layihələr və ya quracağınız əməkdaşlıqlar barədə şefi əvvəlcədən xəbərdar edin. Heç bir müəssisə sahibi gözlənilməz sürprizləri sevmir. Elədiyiniz və ya digər personalın elədiyi səhvlər barəsində müdirə xəbər verin. Bununla məsələni birlikdə daha asan və tez həll edə bilərsiniz. Nəyisə ört-basdır etməyə çalışsanız bu daha böyük problemlərə yol açacaq.
  6. Şefin ehtiyaclarını özünüzə prioritet seçin. Hər şeydən əvvəl ona işlərini qaydaya salmaqda kömək edin. Müdirinizin zəif və güclü tərəflərini öyrənməyə çalışın. Bundan sonra isə ondan, necə kömək edə biləcəyinizi soruşun. Şefin məqsəd və prioritetlərinə bələd olmaq sizin üçün də xeyirlidir. Çünki, onun uğuru bütün şirkətin, işçilərin və eləcə də sizin uğurunuz deməkdir.
  7. Müdirinizin əhvalını və reaksiyalarını oxumağı öyrənin. Belə olduqda onunla ünsiyyət qurmaq daha da asanlaşacaq. Bəzən ailədə və ya şəxsi həyatdakı problemlər sizin işinizə sirayət edir. Yəni siz şirkətə yeni, kreativ ideyalar gətirə bilmirsiniz və ya təklif etdiyiniz ideyalar müdiri qane etmir. Direktorun mövqeyini siz onun davranışlarından da hiss edə bilərsiniz. Əgər o sizin fikirlərinizə eyni qaydada münasibət gösərirsə, deməli artıq işə yanaşma metodlarınızda dəyişiklik etməyin vaxtı gəlib çatıb.
  8. Bossun fikirlərinə qarşı çıxmaqdan çəkinməyin. Ümumiyyətlə iş prosesində siz zaman-zaman nəyəsə qarşı çıxa və qarşılığında emosianal reaksiya görə bilərsiniz. Lakin kin saxlamağa dəyməz. Ziddiyyət nümayiş etdirmək, nifaqdan daha yaxşıdır. Həmçinin siz mübahisə gedişində daha samballı və şirkətin inkşafına daha xeyirli ola biləcək fikir yürüdə bilərsiniz. Əmin olun ki, bu müdirinizdə sizin barənizdə daha müsbət fikirlər oyadacaq. Ola bilsin ki, növbəti qərar qəbuletmə proseslərində o, hətta sizinlə məsləhətləşsin də. Lakin heç bir halda müzakirələr zamanı irəliyə gteməyin. Unutmayın ki, səlahiyyətlər onun əlində cəmləşib və idarə edən odur.
  9. Rəhbərin zamanını qiymətləndirin. Planlı şəkildə hərəkət edin. Müdirin vaxtını çox almadan ən azı həftədə bir dəfə onunla görüş təşkil edin. Bu görüş zamanı gördüyünüz işlər barəsində onu məlumatlandırın! Həmçinin, ehtiyaclarınız və suallarınızdan ibarət olan siyahını ona təqdim edin. Bununla siz onun vaxtını çox almış olmayacaqınız. Beləliklə, o həmişə sizə zaman ayırmaqdan məmnun olacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et