Müəllif:Gülbəniz Hüseynli/Banco.az
”İşçilərin işdən çıxmaq qərarı və səbəbini öyrənmək üçün təkcə işdən çıxış müsahibələri kifayət etmir. Bu çox vaxt gecikmiş addım sayılır. Yaxşı olardı, problemləri erkən aşkar etmək üçün iş mühitini yaxşılaşdıran və daha proaktiv yanaşma sərginlənsin”.
Bunu Banco.az-a açıqlamasında HR mütəxəssis Rza Nüsrətzadə deyib.
Ekspert düşünür ki, bu yolla əməkdaşların işdən ayrılma səbəblərini və iş şəraitində dəyişikliklər etməyin vacib olduğunu görmək mümkündür:
“Bu yolla, iş mühitindəki potensial problemləri əvvəlcədən aşkarlayaraq, vaxtında tədbirlər görmək olar. Araşdırmalar göstərir ki, işçilər əksər hallarda eyni səbəblərdən işdən ayrılırlar. Bu ədalətsiz münasibət, idarəetmə problemləri, karyera inkişaf imkanlarının olmaması,qeyri-kafı əmək haqqı, iş və şəxsi həyat balansının pozulması, daxili motivasiya və məmnuniyyət səviyyəsinin aşağı olmasıdır.
Xatırladım ki, müasir idarəetmədə müvəffəqiyyət, işçilərin səsini dinləmək və onların ehtiyaclarını vaxtında qarşılamaqla ölçülür”.
Rza Nüsrətzadə qeyd edib ki, rəhbərlik işçilərin fikirlərinə əhəmiyyət verib, dəyişikliklər həyata keçirməkdən çəkinməməlidirlər.