İşçi seçən zaman bürcünə baxmaq nə qədər doğrudur? | Banco.az

İşçi seçən zaman bürcünə baxmaq nə qədər doğrudur?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son vaxtlar iş dünyasında  işçi seçimi zamanı bürclərə uyğunluq məsələsinə xüsusi diqqət yetirilməyə başlanılıb.

Dünyanın tanınmış şirkətlərində artıq uzun müddətdir ki, rəhbərlər həmkarlarının yalnız bürcünü deyil, həm də onun doğulduğu anda günəşin harada olduğunu, retrograd və ya digər astroloji proseslərə əhəmiyyət verirlər. Liderlər hesab edir ki, bu, onların rəqiblərinin ünsiyyət və düşüncə tərzini əvvəlcədən öyrənməyə, uyğun taktika qurmağa imkan verir. 

Yerli iş sferasında son günlərin aktual mövzusuna çevrilən bu məsələ barədə İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə Banco.az-a açıqlama verib. 
O hesab edir ki, bu vəziyyət hələ bizim üçün başlanğıc sayılır:

“İnkişaf etmiş ölkələrdə - Yaponiya, Qərb ölkələrində işçi seçimi zamanı psixo-diaqnostik testlər aparılır. Məqsəd müəyyən cihazlar vasitəsi ilə işçinin şirkətə sadiqliyini öyrənməkdir. Bu testlər zamanı həmin işçinin şirkət üçün uyğunluq nüanslarına qədər ölçülür. Hazırda Azərbaycanda da tətbiq edilən bu mexanizm dünyada artıq uzun müddətdir aparılmaqdadır. Məsələnin müsbət tərəfləri ilə yanaşı müzakirə ediləsi yönləri də var. Düşünürəm ki, işçini bürcünə görə deyil, eyni zamanda  digər keyfiyyətlərinə, iş bacarıqlarına baxmaq çox vacibdir”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert qeyd edib ki, lider bürclər haqqında bir çox düzgün proqnozlar olsa da, hər bir prosesi, hər bir incəliyi bunu üzərinə qurmaq düzgün deyil:

“Bəzi lider bürclərlə bağlı deyilənlərlə razılaşmaq olar. Dünyanın əksər liderləri də bu bürclərin nümayəndələridir. Məsələn, qoç, tərəzi və s. bürclərdən olanlar bu kateqoriyadan sayılır. Amma hər bir işi, prosesi bununla əlaqələndirsək, bu ümumi gedişata pis təsir edib, işimizi axsada bilər”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram