İcbari Sığorta Bürosu tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilmişdir. Bu barədə məlumatı Banco.az portalı İSB-na istinadən məlumat verir.
Beləliklə, İcbari Sığorta Bürosu tərəfindən 14 noyabr 2013-cü il tarixdə Ələt-Astara-İran yolunun ərazisindən keçən hissəsinin 138-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 5000 AZN (beş min manat) məbləğində kompensasiya ödənişi verilmişdir. Kompensasiya ödənişi poçt vasitəsi ilə 17 fevral 2015-ci il tarixdə köçürülmüşdür.
Eyni zamanda 29 sentyabr 2013-cü il tarixdə Xaçmaz rayonu Qəməl-Qışlaq kənd yolunun 3-cü kilometrində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 5000 AZN (beş min manat) məbləğində kompensasiya ödənişi verilmişdir. Kompensasiya ödənişi poçt vasitəsi ilə 17 fevral 2015-ci il tarixdə köçürülmüşdür.