İSB-dən xəbərdarlıq! | Banco.az

İSB-dən xəbərdarlıq!

İcbari Sığorta Bürosunun (İSB) iştirakçısı olan sığorta şirkətlərinin nəzərinə çatdırır ki, mayın 22-də İSB-nin informasiya sistemində şəxsiyyət vəsiqəsinin PİN kod xanasında “O” və “İ” hərflərinin istifadəsinə məhdudiyyət qoyulmuşdur. Məlum olduğu kimi, vətəndaşın şəxsiyyət vəsiqəsində “O” və “İ” hərfləri deyil, müvafiq olaraq “0” və “1” rəqəmlərindən istifadə olunur, lakin sığorta agentləri tərəfindən bir çox hallarda informasiya sistemində sığorta müqavilələrinin rəsmiləşdirilməsi zamanı PİN kod nömrələri səhv daxil edilir. Sistemdə belə yanlış daxil edilmiş PİN kodların olması növbəti ildə sığortalıların Bonus Malus sinfinin düzgün təyin olunmaması ilə nəticələnir.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta BürosundanBanco.az-a bildiriblər ki, bununla əlaqədar olaraq sığorta şirkətlərindən, sığortalıların sığorta müqaviləsinin yenilənməsi zamanı Bonus-Malus sinfinin təyin edilməsi ilə bağlı uyğunsuzluq aşkar etdikləri halda [email protected] elektron poçt ünvanına məktubla müraciət etmələri xahiş olunur.