İş yerinin müasir görünüşünü müəyyən edən 10 innovasiya | Banco.az

İş yerinin müasir görünüşünü müəyyən edən 10 innovasiya

İş kabinələrindən tutmuş, rahat ofis stullarına qədər bütün innovasiyalar ofis həyatına əhəmiyyətli dərəcədə təsir etmişdir.

Lift, 1857-ci il

İlk ofis lifti, Otis Elevator Company tərəfindən 1857-ci ildə təqdim olunub. İlk dəfə kəşf Nyu-York şəhərində yerləşən beş mərtəbəli E.V. Haughwout univermaq binasında quraşdırılıb. Bununla onun yaradıcıları göstərmək istəyib ki, liftdən istifadə təhlükəsizdir.

Beş günlük iş həftəsi, 1908-ci il

Müasir iş həftəsi Yeni İnglitərənin kağız-pambıq istehsal edən fabriklərindən birində dünyaya gəlib, fabrik 6-cı və bazar günləri bağlanırmış ki, orada çalışan yəhudilər öz şabbat ayinlərinə riayət edə bilsinlər.

Təsir: bu əmək praktikası tezliklə digər sferalara da yayılır və daha sonra isə bütün dünyada özünə dəstəkçilər tapır. Qısa bir müddətdə bütün həmkarlar ittifaqları bu qrafiki təbliğ etməyə başlayır.  

Dairəvi kartoteka, Rolodex, 1956-cı il

Stasionar telefonlar iş yerinin ayrılmaz bir elementi olduğu zamanlarda, danimarkalı mühəndis Hildaur Nilson  rahat, fırlanan kartoteka ixtira edir, hansındakı lazımı kontakt informasiyalarını saxlamaq asan idi.

Təsir:  Bu əşya hazırda da ABŞ-da çox populyardır. Hətta bu gün, rəqəmsal texnologiyalar dövründə belə, Rolodex kartotekasını ABŞ-ın istənilən kitab-dəftər (kargüzarlıq əşyaları) ləvazimatı satılan dükanlarında satışda tapmaq olar.

office

Qeyri rəsmi 5-ci gün (cümə), 1966-cı il

Havai köynələrinin satışını artırmaq məqsədi ilə Qonululudan olan yerıi ticarət şirkəti “Aloxa Cümə” kampaniyasını fikirləşib tapır, kampaniya işçiləri hər həftənin son iş günü işə  sərbəst geyimdə və bu tip köynəklərdə getməyə dəvət edir.

Təsir: Bu ideya insanların – işləyənlərin xoşuna gəlir, o tezliklə digər ölkələrə də yayılır. Daha sonra isə adət etdiyimiz qeyri formal cümə günlərinə dönür.

Iş kabinələri, 1968-ci il

Herman Miller kompaniyası işçilərin özlərini bir-birindən təcrid etmək imkanı verən iş modulu konsepsiyasını təqdim edir, bununla işçilər masalarında arakəsmələr ilə bir-birindən ayrılır. Bu ixtira özləri üçün daha çox şəxsi məkan arzusunda olan klerklərə xüsusi ilə kömək edir.

Təsir: Konsepsiya ofis dizaynında inqilaba səbəb olur. Kabinələr bu günə qədər məşhurdur, amma bəzi ekspertlər hesab edir ki, bu əməkdaşlar arası ünsiyyətə manə olur və onları "simasızlaşdırır".

office

Fərdi kompüter, 1975-ci il

Ən sərfəli kredit üçün müraciət et

Nyu-Mexikodan olan MITS şirkəti tərəfindən hazırlanmış ilk fərdi kopüter- Altair 8800 elə də funksional qurğu deyildi. Nə klaviaturası, nə də monitoru yox idi. Amma buna rəğmən o, kompüter inqilabının başlanğıcına təkan verir.

Təsir: Personal kompüterlər getdikcə daha təkmilləşir və tədricə gündəlik ofis həyatının bütün aspektlərini dəyişir. 

Elektron məktub, 1983-cü il

Ilk işgüzar xarakterli elektron məktubu Amerikanın MCİ telekomunikasiya şirkəti təqdim edib. Həmin dövrdə əməkdaşlar kommunikasiya üçün texnoloji üsullardan o qədər də istifadə etmirdi, və ya adi daxili poçtdan istifadə edirdi.

Təsir: MCİ tərəfindən hazırlanan elektron poçt 1994-cü ildə tarixə qovuşdu, amma onun təməlində duran əsas texnologiya Microsoft, Yahoo və Google məhsullarına böyük təsir göstərmiş oldu.  

Ofis kreslosu, 1994-cü il

Öz dövründə Herman Miller mebel şirkəti daha bir inqilabi məhsul icad edir, məhsul sadəcə öz dizaynı sahəsində məşhurlaşmır, o həm də internet şirkətlərinin əsas simvoluna çevrilir.

Təsir:  Aeron ofis kresloları bu gün də ABŞ-da ən çox satılan oturacaqlardan hesab olunur, halbuki çoxsaylı saxta mallara da rast gəlmək olar. Bəzi eskpertlər kreslonun sağlamlıq üçün təsirlərini şübhə altına salır.

office

Kovorkinq, 2005

Əgər siz özünüz üçün işləyirsinizsə, bu o demək deyil ki, siz ömür boyu tənha olmalısınız. Məhz bu ideya, san Fransiskodan olan proqramçının yaratdığı ən ilk kovorkinqin təməlində dayanırdı. Orada 8 stul var idi və digər işçilər ilə nahar etmək və ya qrup fəaliyyəti ilə məşğul olmaq mümkün idi.

Təsir:  Cəmi 5 il sonra, WeWork amerikan kovorkinq şəbəkəsi işə düşür və ortaq iş məkanları günümüzdə yetərincə populyarlıq qazanır.

Slack, 2013-cü il

Əməkdaşlar elektron məktub vasitəsi ilə ünsiyyətdən bezir və yeni kommunikasiya vəsatəsinə ehtiyac yaranır. Çıxış yolu sosial şəbəkəni xatirldan bir pqroqram olar. Onun vasitəsi ilə həmkarlar ilə ünsiyyət nəinki daha asan, həm də daha əyləncəli olur.

Təsir: Hələ ki, bəlli deyil, Slack iş mühitini dəyişdirəcək qədər inqilabi ola biləcək ya yox, bəlkə də bir neçə il sonra o öz yerini növbəti ofis yeniliyinə təhvil verəcək.

Könül Soltanova,

Mənbə

Ən sərfəli krediti almaq üçün müraciət et