İş tapmaq üçün ən faydalı platformalar hansılardır? | Banco.az

İş tapmaq üçün ən faydalı platformalar hansılardır?

Əmək bazarının inkişafı iş elanlarının onlayn mediaya da gəlib çıxmasına səbəb olub. Bu, iş axtaran xeyli insanın sosial şəbəkə və saytlara üz tutmasına səbəb olub.

Maraqlıdır, Azərbaycanda insanlar iş axtarmaq məqsədilə ən çox hansı platformalara müraciət edirlər?

Məsələ ilə bağlı iş axtaran gənclər arasında sorğu keçirilib. Məlum olub ki, onların əksəriyyəti iş elanları ilə məhz Feysbuk vasitəsilə tanış olurlar. Bunu isə paylaşmaq funksiyasının olması ilə izah ediblər. Onların fikrincə, bir iş elanının bir neçə şəxs tərəfindən paylaşılması onun daha çox izləyiciyə çatdırılmasına səbəb olur. Məlum olub ki, hər 10 şəxsdən 7-i iş elanlarını ilk Feysbukda axtarır.

Ən sərfəli kredit üçün müraciət et

Say çoxluğuna görə ikinci yerdə isə Linkedin gəlib. Onlar bunu platformada insanlar barədə şəxsi məlumatların açıq-aydın göstərilməsi ilə əlaqələndiriblər. Üçüncü yerdə Boss.az saytı qərarlaşıb. Say çoxluğuna görə növbəti yerləri uyğun olaraq Job.az, Rabota.az, Karyera.az saytları tutub.

Sonuncu yerdə isə Hellojob.az və Jobsearch.az qərarlaşıb.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et