İş müsahibəsinin həlledici suallarını necə cavablandırmalı | Banco.az

İş müsahibəsinin həlledici suallarını necə cavablandırmalı

Beləliklə, sizə arzuladığınız işdən müsahibə təklifi gəlib. Müsahibələr sizin işə götürülməyinizdə açar rol oynayır. Belə olduqda sizin verdiyiniz cavablar ən yaxşı namizəd olduğunuzu göstərməyiniz üçün mükəmməl fürsətdir. Bir çox hallarda belə müsahibələrdə verilən suallar ümumi xarakter daşısa da bu suallara verilən cavabların unikallığı və kreativliyi vacib rol oynayır. Bir çox hallarda ümumi sual olaraq “Özünüz haqda danışın” sualı verilir. Bu suala cavab verməklə həm özünüz haqda ümumi fikri formalaşdırır, həm də işə nə dərəcədə uyğun gəldiyinizi ifadə edir.

1. Öz cv-niz haqda danışmayın

Bir çox namizədlərin etdiyi ortaq səhv bundan ibarətdir, yəni namizəd cv-də yer alan bütün informasiyaları məhz bu suala cavab olaraq düşünür. Amma unutmaq lazım deyil ki, sizi işə götürəcək şəxs onsuz da bu cv formasıyla tanışdır. Əgər özünüz haqda danışmaq tələb olunursa, onda həmin şəxs sizin emosional intelektinizlə maraqlanır.

2. Müsahibələrə əvvəlcədən hazırlaşın

Bir çox hallarda siz özünüz də müsahibə suallarını hazırlayaraq cavablandıra bilərsiniz. Bunun üçün öz cv-zə baxmağınız kifayətdir. Məsələn, siz uzun müddət bir sahə üzrə fəaliyyət göstərib sonra başqa bir sahəyə müraciət edirsinizsə, onda bu sualı özünüzdən soruşun, yəni belə bir qərar verməyə sizi nə məcbur etdi və ya həvəsləndirdi. Verəcəyiniz cavabı da analiz etməyi unutmayın. Çalışın sualın cavabı məntiqli və inandırıcı olsun. Əgər özünüz öz dediyinizə inanmırsınızsa, onda işə götürən niyə sizə etibar etməlidir?

Ən sərfəli kredit üçün müraciət et

3. Öz məşğuliyyətiniz haqda danışın

Məsələn, əgər sizin hər hansı sevdiyiniz bir iş və ya hobbiniz varsa, bu haqda öz müsahibənizdə bildirə bilərsiniz. Əgər bu hobbi və məşğuliyyətlər sizin müraciət etdiyiniz sahəylə və ya peşəylə bağlıdırsa, onda bu sizin uyğun namizəd olduğunuz anlayışını formalaşdırır. Unutmayın, ambisiyalı və səmimi olmaq sizi bir addım önə çıxarır.

4. Vakansiyaya niyə müraciət etdiyinizi mütləq qeyd edin

Vakansiyaya müraciət edərkən niyə müraciət etdiyinizi, nə kimi gözləntiləriniz olduğunu qeyd etməyi unutmayın. Burda sizin gözləntiləriniz müxtəlif ola bilər. Məsələn, bəziləri üçün bu professional inkişaf, yüksək əmək haqqı və ya sadəcə şirkətin prestiji ilə əlaqədar ola bilər.

İşləmək insanın fikirlərinin formalaşmasında vacib rol oynayır. Amma işləyərkən çalışın sevdiyiniz işlə məşğul olun, çünki bir işi sevmək sizin həmin işdə daha məhsuldar olmağınıza yardımçı ola bilər.

Nəcibə Yusifova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et