“İş müsahibəsindən sonra geridönüş edilməməsi namizədi incidə bilər” – Ahmed Kandemir | Banco.az

“İş müsahibəsindən sonra geridönüş edilməməsi namizədi incidə bilər” – Ahmed Kandemir

Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“İş müsahibəsindən sonra müsahibədə iştirak edənlərin sorğularının  cavablandırılması İnsan Resursları Departamentininin üzərinə düşən vəzifədir.  Əgər şirkətin İnsan Resursları Departamenti müsahibədə iştirak edənlərlə əlaqə saxlamırsa, bu həmin şirkətin reputasiyasına mənfi təsir edə bilər”.

Bunu Banco.az-a açıqlamasında Azərbaycanda bir çox tanınmış şirkətlərlə çalışan təlimçi Ahmet Kandemir deyib.

Ekspert qeyd edib ki, Azərbaycanda əksər şirkətlərdə müsahibədə iştirak edən namizədlərə nə mail, nə də telefon vasitəsi ilə geridönüş edilmir, heç bir cavab verilmir:

“Hətta işlə bağlı bütün kriteriyalara uyğun gələn namizədlərin belə işə qəbul edilməmə səbəbləri vurğulanmır. Tərəflər arasında əmək müqaviləsinə qədər keçirilmiş müsahibələrdən uğurlu ayrılan namizədə belə bir çox hallarda şirkət geri gönüş etmir, səbəbləri barədə məlumat verilmir. 
Bu zaman şirkət həmin namizədin qəbul edildiyi vəzifəni dondurur və hətta bu barədə də namizədlərə informasiya göndərilmir.
Bəzən insanlar nə üçün işə qəbul edilmədiyinin səbəblərini bilmək istəyirlər. Onlar işə uyğun olmadıqları tərəflərini müəyyən edib, üzərində işləmək barədə düşünə bilərlər. Təəssüf ki, şirkətlərin İnsan Resursları Departamentində bu sahədə ciddi boşluqlar müşahidə edirik”.

Ən sərfəli kredit üçün müraciət et

Ahmed Kandemir qeyd edib ki, yaxşı olardı ki, müsahibələrdə iştirak edən şəxslərin qarşısında 15 günə qədər geri dönüş üçün müddət qoyulsun. Bu halda şirkət namizədə hər hansı bir cavab vermirsə,  onların həmin işlə bağlı gözləntilərinin yekunlaşmasına səbəb ola bilər.Əks-halda namizədləri psixoloji və emosional mənada incidilməsinə gətirib çıxarır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et