İş müsahibəsi zamanı verə biləcəyiniz suallar | Banco.az

İş müsahibəsi zamanı verə biləcəyiniz suallar

İntervyu birtərəfli danışıqlar prosesi deyil. İş müsahibəsini uğurla keçənlər bunun qarşılıqlı ünsiyyət və anlaşmaya əsaslandığını çox yaxşı bilir.

Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, intervyu zamanı müsahibinizə suallar verməniz bu işdə nə qədər maraqlı olduğunuzu göstərir. Sual verməklə siz yalnız intellekt və fəallığınızı nümayiş etdirmir, eyni zamanda təklif olunan vəzifənin sizə nə qədər uyğun olub-olmadığını müəyyənləşdirmək imkanı əldə edirsiniz. Müsahibə zamanı verə biləcəyiniz sualların yalnız bir qismini təqdim edirik.

  • Nəyə görə bu vakansiyanı elan etmisiniz?
  • Bu vəzifə hansı xüsusi bacarıqları tələb edir?
  • Hansı növ təlimlər təklif edə bilərsiniz?
  • İlk işim nədən ibarət olacaq?
  • İşləyəcəyim komanda haqqında bir az məlumat verə bilərsinizmi?
  • Karyera imkanları haqda nə deyə bilərsiniz?
  • İşimdə üzləşə biləcəyim çətinliklər nədən ibarətdir?
  • Yaxın gələcək üçün hansı əhəmiyyətli dəyişikliklər nəzərdə tutursunuz?
  • İşim nə dərəcədə qiymətləndiriləcək?
  • Şirkətinizin hansı sahələrdə daha  güclü olduğunu düşünürsünüz?

 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et