İş həyatınıza mane olan 5 vərdiş | Banco.az

İş həyatınıza mane olan 5 vərdiş

Aristotelin də dediyi kimi, etdiklərimizin 95%-i adətlərimizdir. Oyunun qaydası olduqca sadədir: “Düzgün adətlər formalaşdırmaq”. Bacarmaq üçün sizə lazım olan addımları, adətə çevirməlisiniz. Pis adətlər asanlıqla qazanılır. Amma onlarla yaşamaq çətindir. Yaxşı adətlər isə əksinə, çətin qazanılır və onlar həyatınızı nəzarətdə saxlamağınıza yardım edir və onlarla yaşamaq çox asandır. İş həyatınızda vərdişləriniz karyeranızı ya geri ya da irəli daşıyır. Bu gün sizinlə iş həyatınızda qaçmalı olduğunuz 5 adəti bölüşəcəyəm:

1. Kitablardan qaçmaq

Sahibkarlar, xüsusilə də, gənc sahibkarlar kitablarla qidalanmalıdır. Kitablardan uzaq düşdüyünüz anda geriyə gedirsiniz, unutmayın. Öyrənməyi, araşdırmağı dayandırmaqla sizinlə yarışanları irəli itələyirsiniz. Şəxsi inkişafınızı ləngitməklə potensial gəlirlərinizi də ləngidirsiniz. Oxuduğunuz kitabları seçərkən də diqqətli olun. Sizə lazım olan yoldan gedin.

2. Emosional özünəqapanma

Emosialarınıza bağlandığınızda Yer kürəsinə olan bağlarınız qopur. Reallıqdan uzaqlaşırsınız, qaranlıqlaşır hər şey, diqqətiniz dağınıq olur. Nəticənin nə olduğunu deməyə ehtiyac yoxdu. İstər bir nəfər olsun, istər toplum, istər bütün bəşəriyyət sizin qarşınıza keçsin, bu dünyada heç bir şey sizin arzularınızdan daha dəyərli deyil. Yeniliklər hər zaman müqavimətlə qarşılaşır. Buraxın hər şey olduğu kimi qalsın. Olduğu kimi qəbullanın. Gələcəyi düşünün, xəyallarınızı düşünün. Geri gəlin Yer kürəsinə. Çox şey var, dəyişməli olduğunuz.

Ən sərfəli kredit üçün müraciət et

3. İşi pul olaraq görmək

Pula adi kağızdır. Pul nədir ki? Pul qazanmaq asandır. Çətin olan kimliyinizi tapacağınız, sizə aid olanları tapacağınız yerdə olmağı bacarmaqdır. Sevgini, xoşbəxtliyi, daxili sakitlik hissini heç bir valyuta sizə verə bilməz, məsələn. Xoşbəxtlik ovuclarınızdadır. Əllərinizdədir. Bir bilsəniz işini sevən insanların nə qədər uğurlu olduqlarını. İnsan sevərkən əvəzi nə isə ödəməyə hazır olur. İşiniz üçün hər şeyə hazır olun. Pul üçün deyil.

4. Ünsiyyətdən qaçmaq

Biz insanlar sosial varlıqlarıq. Hər nə qədər bəzilərimiz təkliyə düşkün olsada, hər kəsə bir dost lazımdır. Təklik Allahın xüsusiyyətidir. İnsanlar köməkləşməyi sevir. Siz insanlardan qaçmaqla onlarını yardımlarını da itirəcəksiniz. İndiyə qədər kömək istədiyim bütün iş adamlarından olduqca xoş bir şəkildə kömək almışam. Problem işə başlamadan dayanmaqdır. Niyə qrup işi fərdi işlərdən uğurlu alınır, sizcə? Insanlar birləşdiyi anda güclü olar.

5. Özünü günahlandırmaq

Bu dünyada ən qorxulu cəza günahlandırma cəzasıdır. “Kaşki”-lər sizi keçmişə qaytarmayacaq. Səhvlərinizdən zövq alın. Onları təkrarlamamanızdan zövq alın. Siz güclüsünüz və bütün səhvlər olmasa da, əksər səhvlər düzəldilə biləndir. Bunun üçün ağ bayraqlar qaldırmağa dəyməz.

Sevinc Hüseynova, banco.az