İş həyatında xoşbəxt olmağın iki QIZIL qaydası | Banco.az

İş həyatında xoşbəxt olmağın iki QIZIL qaydası

Təşəbbüskar, yazıçı və poscast aparıcısı Darius Foroux şəxsi təcrübələrinə əsaslanaraq uğurlu və xoşbəxt bir karyera istəyənlər üçün öz tövsiyələrini verib.

O, bildirir ki, iş həyatında xoşbəxtliyə nail olmaq karyerasının altı ilini alıb. Yenə də həyatın işdən daha mühüm olduğunu özünə tez-tez xatırlatdığını söyləyir.

Çox çalışmaq məhsuldarlıq demək deyildir

Gün ərzində müəyyən edilmiş normadan artıq ofisdə qalıb işləmək depressiyaya, yuxu rejiminin pozulmasına, yaddaşın itməsinə və hətta ürək-damar xətəliklərinə də səbəb ola bilir.

Odur ki, ilk qayda belədir:

Ofisi vaxtında tərk edin

İşinizi nə qədər sevsəniz də, gördüyünüz iş nə qədər faydalı olsa da, evə getmə vaxtı gəldiyi zaman getməlisiniz!

Heç kəsin 7/24 ofisdə qalmasına ehtiyac yoxdur. Ofis sabah da öz yerində olacaq və əmin olun ki, şirkət siz işdən vaxtında çıxdığınız üçün iflas etməyəcək.

İş nəticə əldə etməklə bağlıdır. Əgər işinizi 6-8 saat ərzində bitirə bilmirsinizsə, ofisdə daha çox qalmağın əvəzinə öz üzərinizdə işləməyə üstünlük verin.

Ən sərfəli kredit üçün müraciət et

İşi işdə qoyun

Evə gedərkən bitirə bilmədiyiniz işləri özünüzlə aparmayın. İnanın ki, bunun heç bir faydası yoxdur.

Axşam yeməyi zamanı telefonda işlə bağlı kiminlə danışmayın.

Ofisdən çıxdığınız andan etibarən işi və işlə bağlı problemləri düşünməyin. İşin stress və yorğunluğunu geridə qoyun, evdə özünüzə və ailənizə vaxt ayırın.

Unutmayın ki, xoşbəxt bir ömür sürmək çox asandır. Hər şey sizin nəzarətinizdədir. Bizi nəyin xoşbəxt etdiyinə özümüz qərar verə bilərik. Roma filosofu Mark Avrelidən gətirilmiş aşağıdakı sitata diqqət yetirək.

“Xoşbəxt bir ömür üçün çox az şeyə ehtiyac var; hər şey sənin daxilində, düşüncə tərzindədir.”

Həmçinin oxu: Stressə dözümlü deyilsinizsə, bu peşələrdən uzaq durun

Tamara Mustafayeva, Banco.az