İş həyatında vaxtın idarə edilməsi necə olmalıdır? | Banco.az

İş həyatında vaxtın idarə edilməsi necə olmalıdır?

Müvəffəqiyyətə gedən ən əhəmiyyətli yollardan biri vaxtın düzgün idarə edilməsidir. Zamandan düzgün istifadə edənlər, özlərinə vaxt ayırmaqla bərabər işlərini də stressə girmədən tamamlaya bilirlər.

  1. Nizam yaradın və sıralayın - Əlinizdə bir çox iş ola bilər ancaq bunlar üçün bir siyahı yaradıb əvvəlcə nizamınızı oturtmalısınız. Hansı iş daha vacibdir, son tarix nədir? Ən təcili olandan başlamaq təxmin edəcəyiniz kimi düzgün yoldur. Hər işə son tarix qoymaq işi yetişdirmək və intizama salmaq üçün faydalı olacaq. Gözünüzün qarşısında duran bir iş siyahısı isə, prioritetləşdirmənizi asanlaşdırar.
  2. Təqvim yaradın - Hazırladığınız iş siyahısını bir təqvimə oturtursanız işiniz asanlaşar. Hansı işə gündə nə qədər ayıracaqsınız, gün içindəki digər işləriniz nə qədər vaxt alacaq, proqramınızı iş siyahınıza görə necə qurmalısınız? Bu suallar sizi planlaşdırmağa yönəldəcəkdir.
  3. İşlərin təhvil tarixlərini yaxın tutmayın - Mümkün qədər bir-birinə yaxın tarixlərdə təslim olunması lazım olan işləri öhdənizə götürməyin. İşi üzərinizə götürüb yetişdirə bilməmək yerinə ən başdan üzərinizdə başqa iş olduğunu, yeni gələn işin təslim tarixini daha irəli tarixə qoya biləcəyinizi açıqlayın. "Başqa bir prioritetimiz var" bu işi başqa bir tarixə alıram deyə bilər ya da bu işin daha əhəmiyyətli olduğunu düşünürsünüzsə, təqvimdə yer dəyişikliyi edə biləcəyinizi izah edin. Bununla yanaşı, eyni zamanda iki ayrı işin həyata keçirilə bilməyəcəyini açıq şəkildə bildirməlisiniz.
  4. Təfərrüatla vaxt itirməyin - Hazırladığınız işdə eyni nöqtədə saatlar keçirməyin, qeydlər alaraq irəliləyin. Tək bir nöqtəni mükəmməlləşdirməyə çalışarkən vaxt itirməyin. Bitirdikdən sonra geri dönərək istədiyinizi ətraflı şəkildə edə bilərsiniz.
  5. Diqqətinizi dağıdan faktorlardan xilas olun - Çalışarkən diqqətinizi dağıdacaq hər şeyi özünüzdən uzaqlaşdırın. İşinizi böləcək bildirişləri bağlayın, özünüzə sakit bir iş mühiti təmin edin. Gözlənilməz bölünmələr hər zaman ola bilər, işinizə ayıracağınız vaxtı bunu da göz önündə saxlayaraq seçin.
  6. Özünüzə zaman ayırın - Gün içində hər saatınızı planlaşdırın, bütün günü işə ayırmaq yerinə, hansı saatları özünüzə ayıracağınızı və bu saatları necə dəyərləndirəcəyinizi də təyin edin. İstirahət etmədən görəcəyiniz iş səmərəsiz ola bilər. Bu səbəblə özünüzü yaxşı hiss etməyiniz də əhəmiyyətlidir. Həmçinin nizamlı yuxu məhsuldarlığınızı artıracaq. Əvvəldən zaman xətti təyin etsəniz, yuxusuz saatların da önünə keçəcəksiniz.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et