İş həyatında sizə uğur qazandıracaq vərdişlər | Banco.az

İş həyatında sizə uğur qazandıracaq vərdişlər

1. İdeyalarınız üçün inbox sistemindən istifadə edin. Çox vacibdir ki, sizə hər hansı ideya gəldikcə onları harasa qeyd edəsiniz. Bunun üçün hər hansı proqram təminatı (misal üçün Evernote) və ya e-mail ünvanından və ya lap sadə Word faylından istifadə edə bilərsiniz.

2. Prioritetlərinizi müəyyən edin. Çalışın, hər dəfə işə başlamazdan əvvəl işləri prioritet və vaciblik əmsalına görə düzənləyəsiniz.

3. Səhər tez durun. Bu tip qrafik sizə daha çox işi daha açıq beyinlə görmək imkanı yaradacaq.

4. E-mail ünvanınızı gündə 2 dəfə yoxlayın. Son zamanlar əksər insanlarda elektron poçtun 10 dəqiqədən bir yoxlanması artıq vərdiş halını alıb. Bundan uzaq durmağa çalışın.

5. Vacib olmayan işləri iş siyahınızdan çıxarın. Bu tip xırda işlər sizin gününüzün böyük bir hissəsini boşuna apara bilər. 

6. İş masanızı və otağınızı yığışdırın. Bu proses insanda fokusun formalaşmasına, kreativliyin inkişafına gətirib çıxarır.

Ən sərfəli kredit üçün müraciət et

7. Avtomatlaşdırın. İmkan tapdıqca işlərinizi avtomatlaşdırın (işlərinizi vərdiş halına gətirin).

8. İşlər üçün dəqiq qurtarma vaxtı təyin edin.

9. Həftədə bir gün işdən uzaq olun. Həftənin hər hansı bir günü, məsələn, bazar gününü özünüz üçün istirahət günü elan edin və kompyuterdən, e-mail-dən uzaq olun. Daha çox gəzməyə, insanlarla təmasda olmağa çalışın.

Mənbə: kayzen.az

Ən sərfəli krediti almaq üçün müraciət et