İş Həyatında Emosiyalar necə idarə olunmalıdır? | Banco.az

İş Həyatında Emosiyalar necə idarə olunmalıdır?

Bəzən kiçik emosiyalar, böyük düşüşlərə səbəb olur. İş həyatızın sağlam immunitetinin təmin olunması sizdən asılıdır. Emosiyaların idarə olunması ilə bağlı sirləri sizinlə paylaşırıq;

 

Soyuqqanlılıqdan 5 alaraq.

Əgər elə bir perioddasınız ki, sizin sakit olmağınız tələb olunur, o zaman yoxlamalı olduğunuz ən optimal variant, bütün iş ssenarilərindən çəkilərək, dostlara yönəlməkdir. Bu fikir Baltimor Terapiya Mərkəzinin Direktoru Raffi Bilek-ə aiddir.

East Carolina Universitetinin Professoru Aneil Mishra isə həmkarlarla qısa söhbətlərin iş mühitində stressi azaltdığı haqqında araşdırmalarının müsbət nəticələndiyini bildirib.

 

Kariyeranız üçün “Havalandırma” mexanizmasını yoxlayın.

Bilek-in digər bir açıqlamasına görə isə qəzəbinizə nəzarət etməyin başqa yolu, diskussiya zamanı iş yerində dostlar qazanmaqdır. Bəli, iş yerində hisslərinizi bölüşəcək dostlarınızın olması sizin kariyera yüksəlişinizə kritik təsirə malikdir. Lakin diqqətli olun, çünki sizinlə eyni fikirdə olmayan insanlarla qarşılaşacaqsınız və normal olaraq dost olmaq, tam tərsi ilə nəticələnə bilər.

Digər tərəfdən, əgər probleminiz sırf əsəblərinizə nəzarət deyil də, aşağı məhsuldarlıq və işə qarşı laqeydlikdirsə, inanın ki, arzularınızı, məqsədlərinizi xatırlamaqla möcüzəli dəyişimlərə imza ata bilərsiniz. Dünyanın gəlmiş keçmiş bütün CEO-ları, uğur ikonaları da nə vaxtsa həmin problemi yaşayıb, əmin ola bilərsiniz. Lakin, hara getdiklərini, nəyi istədiklərini yenidən göz önünə gətirərək bu gün olduqları yerlədədirlər. Lynne Atkin, MBE mükafatı laureatı HR direktoru, aydın və səlis məqsədə sahib olmağın faydalarını belə izah edir. “Aydın və detallı təsəvvürə malik olduğunuz məqsədləriniz, hətta dünyadakı bütün dəyişikliklərin baş verdiyi və sizi çaşdıran innovasiyaların olduğu periodda belə, sizi hərəkət etməyə təhrik edəcək. Çünki hansı istiqamətə hərəkət edəcəyinizi bilmiş olacaqsınız.”

Ən sərfəli kredit üçün müraciət et

 

İş və Şəxsi Həyat Arasındakı Balans.

Əgər bütün həyatınızı işgüzar həyatla əvəz edərək, şəxsi həyatınızı qurban versəniz, inanın ki, qazandığınız qədərini itirəcəksiniz. Belə ki, davamlı olaraq eyni sərhədlərdə yaşamaq, sizi sıxacaq. Problemləri həll etməyin ən yaxşı yolu, ilk olaraq problemlərdən uzaqlaşıb sonra yenidən, fərqli aspektlərdən problemə baxmaqdır.

Unutmayın ki, emosiyalara qapılmaq deyil, hərəkət etmək lazımdır. Bu stressi daha da azaldır. Və görəcəyiniz işləri planlamanız, enerjili və daha həvəsli olmanıza təsir edəcək.

Sevinc Hüseynova, banco.az