İş görüşməsinə gedərkən nələrə diqqət etməlisiniz? | Banco.az

İş görüşməsinə gedərkən nələrə diqqət etməlisiniz?

İş görüşməsi müddəti namizədlər üçün qısa da olsa ümumiyyətlə həyəcanlı və stressli bir zaman hissəsidir. Hələ bir də bu mövzuda çox təcrübəniz yoxdursa, o zaman vəziyyət həqiqətən çətin ola bilər. Çağırıldığınız görüşdə, işə götürən üçün müsbət bir təəssürat yaratmaq istəyirsinizsə, görüşmə əvvəlində və əsnasında sizə kömək edə biləcək bu sözləri nəzərdən keçirməyinizdə fayda var:

  1. Müsahibəyə getməzdən əvvəl gedəcəyiniz iş yeri haqqında kiçik bir araşdırma edin. İnternet saytları varsa, araşdıraraq işləri haqqında məlumat əldə edin. 
  2. Soruşmaq istəyəcəyiniz suallar varsa, mütləq qeyd edin. İşəgötürənin işçidən gözlədiyini, iş saatlarını, iş yerində ya da əlaqədar müəssisədə neçə adamın işlədiyini, ictimai haqların nə olduğunu soruşmağı unutmayın. 
  3. Əgər əvvəllər haradasa işləmisinizsə, işlərinizi təqdim edə biləcək bir fayl hazırlaya bilərsiniz. 
  4. Görüşməyə uyğun geyinməyə diqqət edin. Paltar seçiminizdə gedəcəyiniz şirkət və görüşəcəyiniz mövqe təyinedici olacaq. Məsələn, bir reklam agentliyinə daha rahat bi paltarla gedə bilərkən, bir maliyyə şirkətinə daha rəsmi geyim seçməli olduğunuzu nəzərə alın. Təmiz və səliqəli görünməyə diqqət yetirin. 
  5. Görüşmə saatınızdan 15 dəqiqə əvvəl iş yerində olmağa çalışın. 
  6. Gülərüz və sakit olun. 
  7. Görüşmə əsnasında əvvəlki iş yerləriniz ya da iş yoldaşlarınızla əlaqədar mənfi şərhlər etməyin. Əks halda bu işəgötürən üçün sizin haqqınızda pis bir təəssüratın yaranmasına səbəb ola bilər. 
  8. Sizə verilən sualları cavablayarkən rahat olun və özünüz kimi davranın. 
  9. Təcrübələriniz və qabiliyyətiniz haqqında yalan danışmaqdan çəkinin. 
  10. Soruşulan suallara tələsik cavablar verməməyə diqqət edin. Düşünərək, özünüzü ən yaxşı şəkildə ifadə edə biləcəyiniz şəkildə sualları cavablandırmağa çalışın. 
  11. İş görüşməsinin nə qədər müddətdə nəticələnəcəyini soruşmaqdan və nəticəyə dair müsbət-mənfi məlumatlandırılmağı istəməkdən çəkinməyin. 

xanım.net 

Ən sərfəli kredit üçün müraciət et