İş dünyasının nəhəngləri həftəsonunu necə keçirir? | Banco.az

İş dünyasının nəhəngləri həftəsonunu necə keçirir?

Bütün bir həftəni işləyib, sonda gözəl bir istirahət qədər cəlbedici nə ola bilər ki? 

Təbii ki, heç nə. 

Amma gözəl istirahət üçün də güclü işləmək lazımdır. Necə deyərlər, işləməyən dişləməz!

Bu günkü məqaləmizdə iş dünyasında öz sözünü demiş insanların həftəsonu nə etdiklərini təqdim edəcəyik.

Richard Branson - Virgin şirkətlər qrupunun CEO-su

Richard həyatının bir hissəsini iş səyahətlərində, digər bir hissəsini isə Necker adında olan kiçik adasında keçirir.

"Bilmirəm, düz edirəm ya yox, amma cümə günləri party təşkil etmədən dayana bilmirəm".

Bu sözləri Richard Branson söyləyib. O, gecə saatlarla rəqs edib, saat 2-də terrasa çıxıb ulduzları seyr edir. Nə qədər gec yatsa da, hamıdan tez oyanır və hovuzda üzür. Səhər yeməyinə olduqca önəm verir. Gün ərzində tennis, dalğıclıq ilə məşğul olur. Axşamlar isə sahildə uşaqlarla şahmat oynayır. Şənbə günü yenidən party təşkil etdikdən sonra, bazar günü müxtəlif idman növləri ilə məşğul olur. 

Elon Musk - SpaceX və Tesla-nın CEO-su

Elon Muskun 5 oğlu var. Musk həftəsonunu öz ailəsi və uşaqları ilə keçirməyi üstün tutur. 

Jack Dorsey - Twitter və Square-nin qurucusu

Jack Dorsey Twitter və Square üçün dəli kimi işləyir. Onun enerjili olmasında həftəsonu istirahətinin böyük rolu var. Belə ki, Jack şənbə günü gəzintiyə önəm verir. Bazar günü isə yeni həftəyə hazırlıqla məşğul olur. 

Ən sərfəli kredit üçün müraciət et

Bill Gates - Microsoft şirkətinin qurucusu 

Bill Gates qızının ata minməsini izləmək və köhnə tərzdə olan əyləncələrlə istirahət edir. 20 il əvvəl istirahət günlərini ofisdə keçirdiyini, artıq daha sakit olduğunu söyləyir. 

Rachel Maddow - Amerikalı aparıcı və yazıçı

Siyasət yazarı Rachel Maddow həftəsonu sevgilisi Susan Mikula ilə bərabər Nyu-Yorkdan qaçıb, Masaçusesdəki evinə gedir. Şəhərdən qaçıb, daha sakit bir yerdə həftəsonunu keçirməyə üstünlük verir. 

Malcolm Gladwell - Yazıçı

"Outliers" və "Davis and Goliath" əsərlərinin müəllifi olan Malcolm həftəsonunu çay içmək, qəzet oxumaq, gəzmək, serial izləmək, idman etmək kimi sadə məşğuliyyətlərlə keçirir. 

Sergey Brin - Google-ın ortaq qurucusu

Sergey həftəsonu təhlükəli idman növləri ilə məşğul olmağı sevir. 

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et