Hər bir iş axtaran gənc həyatda ən azı 1 dəfə belə suallar qarşısında dayanmaq məcburiyyəndə qalır: nə etməli, müraciəti hara yönəltməli. Əmək bazarında nə baş verdiyini anlamağa çalışır ki, iş tapa bilsin. Burada qəbahətli heç nə yoxdur, sadəcə şüurlu şəkildə yanaşma və planlaşdırmaya eytiyac var.
Elə alınmasın ki, bu gün siz bir neçə müsahibədə iştirak edısiniz (və uyğun heç nə olmasın), sabah isə “boş gün” əmələ gəlsin. Əgər hər hansı bir mühüm məşguliyyət yoxdursa mütləq iş axtarmaqla bağlı ən azı bir tədbir planlaşdırın.
Məsələn, İş elanı ilə bağlı hər hansı bir telefon zəngi, və ya internet saytlarında axtarış, Rezumenizin hazırlanması və təkmilləşdirilməsi. CV-nin hazırlanma qaydası burada daha ətraflı təsvir olunur, sadəcə qeyd etmək istərdik ki çalışın orada orfoqrafik və qrammatik səhvlərə yol verilməsin, başadüşülməyən ixtisarlar və ya lüzumsuz olaraq mürəkkəb, uzun-uzadı cümlələr yer almasın - siz memuar yazmırsınız. Unutmayın ki, Rezume-nin əsas məqsədi sizin şəxsiyyətinizə diqqəti cəlb etmək və bununla müsahibəyə dəvəti almaqdır. Sizin vəzifəsiniz müsbət təsir bağışlamaqdır.
İşaxtarma prosesini dənizə tor atma ilə müqayisə etmək olar: nə qədər suyun üzü geniş əhatə olunsa bir o qədər çox ovlamaq şansı əmələ gələcək. Axtarışın səmərəliliyi işə salınmış kanalların sayından asılıdır. Vasitə və alətlər hər il dəyişməz olaraq qalır: yaxın dost-tanış, kadr agentlikləri, İnternet, vakansiya yarmarkaları, qəzet elanları. Dəyişən yalnız namizədlərin bu və ya digər məlumat ötürücüsünə çıxış imkanlarıdır.
Bəzən hər hansı bir işə sizin namizəd kimi dəvət etməkdən əvvəl telefonla qısa söhbət də ola bilər. Bu halda təklif olunan işlə bağlı müəyyən məlumat verilə bilər və siz onun müsbət və mənfi tərəflərini təhlil etməlisiniz ki, lüzumsuz yerə vaxt və enerji itkisinə yol verməyəsiniz.
Çünki, əqər təklif olunan işdə sizi qane eməyən məqamların sayı çoxdursa (əmək haqqı, iş qrafiki, yerləşmə ərazisi və s.) və bu qədər itki sizin xeyrinizə olmayacaq. Bu halda nəzakətlə sizi müsahibəyə dəvət edən şəxsə təşəkkür etməyi unutmayın – nə bilmək olar həyatda nə ola bilər.
Sizin iş axtarmağınızın uğurlu olması və uzun vaxt aparmaması üçün göndəlik fəaliyyət planı tərtib edin və ona riayət etməyə çalışın.
Yaxşı işçini müəyyən edən kriteriyalar:
Edə bilər. Namizəd göstərilən işi müvəffərqiyyətlə yerinə yetirə bilər. Bunlara onun təhsili, biliyi, təcrübəsi, sağlamlığı, psixoloji keyfiyyətləri, ailə vəziyyəti və s. uyğundur.
İstəyir. Göstərilən işə obyektiv və subyektiv maraqlıdır.
İdarə olunandır. Namizəd deyilənlərin mahiyyətini və təfərrüatını yaxşı başa düşür. Öz nitqini idarə edir. Özünə tənqidi yanaşır, öz səhvlərini dərk edir və onlardan faydalı təcrübə əldə edir. Stressli vəziyyətdə soyuqqanlılığını saxlayır, aqressiv olmur.
Uyğunlaşa biləndir. Namizəd xeyirxahdır, ətrafındakılarla asanlıqla ünsiyyət qurur və ünsiyyət qurmaq texnikasına malikdir. Namizədə xas olan davranış və iş modeli əsasən kollektivdə qəbul olunmuş normalara uyğundur.
Təhlükəsizdir. Namizəd işəgötürənə qarşı (loyalen) açıqdır, ancaq söhbətcil deyil, aldatmağa və satqınçılığa meyilli deyil.
İş axtarma haqqında məsləhətlər
Özünüz üçün iş axtarışının kriteriyalarını dəqiq təyin edin. Yalnız məqsədlərinizə tam uyğun gələn vakansiyaları seçin. Digər namizədərlə bərabər olaraq rəqibliyinizin önəmli potensiallığını tam layiqli qiymət verilməsinə diqqət yetirin.
qazancim.az