İş axtaranların nəzərinə! | Banco.az

İş axtaranların nəzərinə!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tələbə və məzunlar üçün aktiv məşğulluq tədbirləri keçiriləcək. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, aprel ayında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, “Odlar Yurdu” Universitetində aktiv məşğulluq tədbirləri keçiriləcək. 

"Karyerada ilk addım" devizi altında təşkil olunan bu tədbirlər yuxarı kurslarda təhsil alan, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasına, onlarda müasir əmək bazarı barədə dolğun məlumatların yaradılmasına xidmət edir. Tədbirlər zamanı tələbə və məzunlar öz ixtisaslarına uyğun vakansiyalar barədə məlumatlar əldə etmək, həmçinin işəgötürənlər müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanacaqlar.

Gənclərin əmək bazarına çıxışının dəstəklənməsinə və səmərəli məşğulluğunun təminatına xidmət edən belə tədbirlərin il ərzində digər bir sıra universitetlərdə, o cümlədən Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir şəhərlərindəki ali təhsil ocaqlarında də keçirilməsi nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et