İş adamlarının mütləq izləməli olduğu 7 serial | Banco.az

İş adamlarının mütləq izləməli olduğu 7 serial

Asudə vaxtınızı düzgün dəyərləndirəcəyiniz, həm istirahət edib həm də işlə bağlı yeni fikirlər öyrənə biləcəyiniz 7 serialı sizlərə təqdim edirik.

Həmçinin oxu: La Casa De Papeldən götürəcəyimiz əsl dərslər!

1. Shark Tank

Siz təsiredici yazılar qələmə almaq, qısa və effektiv təqdimatlar hazırlamaq istəyirsiniz? Elə isə bu proqram məhz sizin üçün nəzərdə tutulub. Müəssisə sahibləri məhsul və ya xidmətlərini müştərilərə doğru şəkildə təqdim edərək həm satış həcmini artıra həm də şəbəkələrini genişlədə bilərlər. Shark Tank da bu mövzuda iş adamlarına yol göstərən çox faydalı bir televiziya proqramıdır.

2. Undercover Boss

Bu serial şirkətlərin iş proseslərini bütün aydınlığı ilə gözlər önünə sərir. Seriala baxdığınız zaman şirkət daxilində çalışan işçilərin dəyərini daha yaxşı başa düşəcəksiniz. Çünki serial mütəmadi olaraq işçilərinə dəyər verən şirkətlərin uğurlu olacağını, digərlərinin isə uğursuzluğa düçar olacağını göstərir.

3. Game of Thrones

“Taxt-tac oyunları” adı ilə dilimizə dublyajı həyata keçirilən serial bir-birindən fərqli obrazları, izləyicini daim təəccübləndirən ssenarisi və ağılalmaz intriqaları ilə izləyicilərə “Reallıqda belə şeylər olmaz!” dedirdə bilər. Ancaq daha ətraflı nəzər saldıqda serialdan sahibkarlıqla bağlı sözün əsl mənasında qızıl dəyərində olan dərslər götürmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

4. The Profit

Şirkətini ən yaxşı şəkildə idarə etmək istəyən kiçik müəssisə sahibisiniz? Elə isə mütləq bu serialı izləməlisiniz. Belə ki, serialın hər seriyasında iflasın astanasında olan müəssisələrə bu vəziyyətdən xilas olmaq üçün faydalı tövsiyələr verilir.

5. Mad Man

Satış və sahibkarlığı 1960 – cı illərin ən hiyləgər iş adamlarından öyrənmək istəyərdinizmi? Əgər cavabınız müsbətdirsə, sirli və olduqca bacarıqlı satış mütəxəssisi Don Draperin əsas obraz olaraq qarşımıza çıxdığı “Mad Men” serialı, məhz sizin üçün nəzərdə tutulub. Əslində, serialın əsas ulduzu Don Draperin özü deyil, ona məxsus olan reklam şirkətidir. Serialın hər seriyasında sözügedən şirkət müflis olmamaq üçün sözün əsl mənasında mübarizə aparır. 

6. Suits

Image result for suits

Amerika istehsalı olan "Suits" serialı sizi vəkillər dünyasına səhayətə aparacaq. Vəzifəsi artırılan vəkil Harvey Specter və onun köməkçisi Mike Ross serial boyu həm Mike-nin sirrinin üstü açılmasın deyə çalışır, həm də uğurlu işlərə imza atırlar. 

7. Billions

Image result for billions

Ənənəvi siçan-pişik mövzusunu əsas götürən "Billions" serialı 3 sezon boyunca Amerikalı prokuror və onun əzəli düşməni olan hedc fond milyonçusu arasında cərəyan edən hadisələrdən bəhs edir. 

Həmçinin oxu: “Harri Potter” dən öyrəniləcək 5 marketinq dərsi

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç