Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il mart ayının 1-i tarixinə 14 milyard 777 milyon manat təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 0,5% çoxdur.
Hesabata görə, cəmi biznes kreditləri portfelinin 382,5 mln. manatı və ya 2,6%-i qeyri-işlək kreditlər olub.
Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 8 mlrd. 332 mln. manatı iri sahibkarlığa, 1 mlrd. 947 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 488 mln. manatı kiçik sahibkarlığa, 3 mlrd. 008 mln. manatı isə mikro sahibkarlığa verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!