İraqdan Azərbaycana pul köçürmələri 11 mln. dollar azalıb | Banco.az

İraqdan Azərbaycana pul köçürmələri 11 mln. dollar azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

İraqdan fiziki şəxslər tərəfindən cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 7 milyon 445 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə (11 milyon 79 min dollar) azdır. Ötən ilin eyni dövründə bu məbləğ 18 milyon 524 min dollara bərabər olub. 

Qeyd edək ki, 9 ayda İraqdan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 0,9% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram