İraq Yaxın Şərqdə genişlənən münaqişənin bazarlara neft tədarükünə təsir edəcəyi barədə xəbərdarlıq edir | Banco.az

İraq Yaxın Şərqdə genişlənən münaqişənin bazarlara neft tədarükünə təsir edəcəyi barədə xəbərdarlıq edir

Müəllif:Fərid İslamov/Banco.az

Banco.az-ın məlumatına görə İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Qahirədə keçirilən sammitdə bildirib ki, İsrail və HƏMAS qruplaşması arasında münaqişənin mümkün genişlənməsi son nəticədə beynəlxalq bazara neft tədarükünə təsir göstərəcək.

"İraqın baş naziri şənbə günü xəbərdarlıq edib ki, İsrail və HƏMAS arasındakı müharibə regionun digər ölkələrinə yayılarsa, bu, beynəlxalq bazarlara neft tədarükünə təsir göstərəcək", 

Baş nazirin sözlərinə görə, hazırkı münaqişə “qlobal təhlükəsizliyə təsir edəcək, regionda fikir ayrılıqlarının artmasına kömək edəcək, enerji təchizatını təhdid edəcək, iqtisadi böhranları kəskinləşdirəcək və gələcək münaqişələrin astanası olacaq”.

Sammiti açan Misir prezidenti Əbdülfəttah əs-Sisi də Qahirənin fələstinlilərin Qəzza zolağından Sinay yarımadasına köçürülməsinin yolverilməzliyi ilə bağlı mövqeyini təkrarlayıb. O, Qəzza zolağına yardımın çatdırılmasını, İsraillə Fələstinlilər arasında sülh danışıqlarını və 1967-ci il Altı Günlük Müharibə sərhədləri daxilində Fələstin dövlətinin yaradılmasını əhatə edən fəaliyyət planını səsləndirib.

Ən sərfəli kredit üçün müraciət et

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Farhan Al Saud da anklav əhalisinin məcburi köçkünlüyünün qəbuledilməz olduğunu bəyan edib. Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas da Qəzza zolağı, İordan çayının qərb sahili və Qüds sakinlərinin çıxarılması cəhdlərinə qarşı çıxıb. O, sammitdə deyib: “Biz öz torpaqlarımızda möhkəm dayanacağıq”.

Oktyabrın 7-də Qəzzada yerləşən HƏMAS radikal qruplaşması İsrailə hücum edərək 1400-dən çox insanı öldürüb, 200-dən çox insanı girov götürüb. Buna cavab olaraq İsrail HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb.

Ən sərfəli krediti almaq üçün müraciət et