İraq "OPEC+"ın neft hasilatı qərarına münasibət bildirib | Banco.az

İraq "OPEC+"ın neft hasilatı qərarına münasibət bildirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OPEC+”ın hasilatın azaldılması qərarına təşkilatın İraqdakı münayəndəsi münasibət bildirib.

Banco.az xəbər verir ki, “Əl-İrakiyye” telekanalına açıqlama verən SOMO baş direktorunun müavini və “OPEC”in İraqdakı nümayəndəsi Saadun Muhsin “OPEC+” qrupunun neft hasilatını gündəlik 2 milyon barel azaltma qərarından məmnunluğunu dilə gətirib.

O, “OPEC+ qrupu gündəlik 43 milyon barel neft istehsal edir və bu hasilatın 11 faizi İraqa məxsusdur. Bu səbəbdən də, hasilatın 2 milyon barel azaldılması ilə İraqın istehsal həcmi də eyni nisbətdə azalacaq”, deyə açıqlama verib.

Bu qərarın qlobal bazarların tarazlaşdırılmasında mühüm rol oynadığını qeyd edən Muhsin neft hasilatının azaldılması qərarının bütün ölkələrə hasilat həcmlərinə görə müxtəlif nisbətlərdə şamil edildiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Kovid-19 pandemiyasının fəsadları, qlobal iqtisadiyyatın yavaşlaması və Rusiya-Ukrayna müharibəsi kimi səbəblərdən ciddi dəyişkənlik mühitinin hökm sürdüyünü vurğulayan Muhsin gələn il qiymətlərin ən azı 85-95 dollar/barel arasında dəyişə biləcəyini proqnozlaşdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et