Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2024-cü ildə İraq neft məhsulları idxalını dayandırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin rəsmi nümayəndəsi Assem Cihad bildirib.
Cihad deyib ki, 2024-cü ildə ölkə daha çox yerli istehsala arxalanacaq.Onun açıqlamasına görə, bir sıra neft emalı zavodlarında istehsala başlandıqdan sonra neft məhsullarının idxalı tamamilə dayanana qədər azalma olacaq.
Qeyd edək ki, İraq hazırda daxili bazardakı boşluğu doldurmaq üçün neft məhsulları, o cümlədən benzin idxal edir. Dünyanın üçüncü ən böyük karbohidrogen ehtiyatlarına malik olan İraq (112 milyard barel) aparıcı neft dövlətlərindən biridir.
Bizi sosial şəbəkələrdən izləyin!!