İranın pul vahidi tümən 2020-ci ilin əvvəlindən bu yana dollar qarşısında 35% dəyərdən düşüb.
Yerli mənbələrdən alınan məlumata görə, İranda sərbəst bazarda son aylarda bahalaşması dayanmayan dollar 18 min tümən səviyyələrinə qalxıb.
Avronun qiyməti 20 min 400 tümənə yüksəlib.
İranda 1 ABŞ dollarının 2018-ci ilin Aprel ayında 4 min tümən səviyyələrindən 6 min 100 tümənə çıxması Prezident Həsən Ruhani hökumətini hərəkətə keçirmişdi. İran Mərkəzi Bankı,tümənin dəyərdən düşməsinin qarşısını almaq məqsədilə 10 Aprel 2018-ci ildə dolları 4 min 200 tümən olaraq sabitləmiş və ölkədə dövlət məzənnəsi və sərbəst bazar məzənnəsi olaraq iki ayrı məzənnə ortaya çıxmışdır.
2018-ci ildə ABŞ-ın nüvə razılaşmasından tək tərəfli çıxaraq İrana sanksiyaları tətbiq etməsinin ardından, 2018-ci ilin Sentyabr ayında 19 min tümənə qalxan dollar, daha sonrakı müddətdə 10 min 300 tümənə qədər enmişdi.
İranda 1 ABŞ dolları yanvar ayında 13 min 350 tümən ətrafında idi, hazırda isə 18 min tümənə bərabərdir İranın pul vahidi ilin əvvəlindən bu yana dollar qarşısında 35% dəyər itirib.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!