İranın İsrailə raket hücumundan sonra neft bahalaşdı | Banco.az

İranın İsrailə raket hücumundan sonra neft bahalaşdı

İranın İsrailə raket hücumu birjalarda neftin qiymətinin  artmasına səbəb olub.

Banco.az xəbər verir ki, Lndonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barel üçün 74,86 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 1,3 dollar (1,77%) bahadır. Çərşənbə axşamı bu kontraktlar 1,86 dollar (2,6%) artaraq 73,56 dollar/barel olub.

Ən sərfəli kredit üçün müraciət et

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində noyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 1,35 dollar (1,93%) artaraq 71,18 dollar təşkil edib. Son sessiyanın sonunda fyuçers qiyməti 1,66 dollar (2,4%) artaraq 69,83 dollar/barelə bərabər olub.

Ən sərfəli krediti almaq üçün müraciət et