İranın gündəlik neft satışı 1 milyon barreldən çoxdur | Banco.az

İranın gündəlik neft satışı 1 milyon barreldən çoxdur

İran Mərkəzi Bankının sədri Abdunnasır Hümməti, ABŞ sanksiyalarının ardından İranın mövcud neft satışının gündəlik 1 milyon barreldən yüksək olduğunu bildirib.

Yaponiyanın da İrandan neft alan ölkələrə daxil olduğunu bildirən Hümməti, "İranın mövcud neft satışı 1 milyon barreldən çoxdur. Neft ixracatından gəlir əldə etməyin başqa yolları da var. Bu məsələdə hər hansı bir narahatçılığımız yoxdur və bizim siyasətimiz büdcənin neft gəliri ilə olan "göbək bağı"nın kəsilməsidir",- deyib..

Ən sərfəli kredit üçün müraciət et

ABŞ rəhbərliyi 8 Mayda nüvə müqaviləsindən birtərəfli çıxmasının ardından İrana qarşı sanksiya paketlərini mərhələli olaraq işə salmışdı.

Marja