"İranda hər il 10-20 milyard dollar vəsait xaricə gedir" | Banco.az

"İranda hər il 10-20 milyard dollar vəsait xaricə gedir"

İranın tanınmış iqtisadi mütəxəssislərindən, Şəhid Beheşti Universitetinin İqtisadiyyat kafedrasının müəllimi Doktor Səid Leylaz, İranda 50 ildən bəri hər il 10-20 milyard dollar sərmayənin ölkə xaricinə çıxdığını bildirərək, "Bu səbəbdən nə qədər istehsal etsək də edək, əldə bir şey qalmır", -ifadəsini istifadə edib.

İranda neftin ölkənin inkişafına gözlənilən faydanı vermədiyini qeyd edən Leylaz,"İranda neft kəşfindən günümüzədək ötmiş təxminən 100 ildə 4 trilyon dollar dəyərində neft çıxarılıb və ixrac edilib. Bu ixracın səmərəsi haradadır? Bu vəsaitin çoxu ölkə xaricinə çıxarılıb",- deyib.

Ən sərfəli kredit üçün müraciət et

Leylaz, özəlləşdirmə səylərinin şüardan o tərəfə keçmədiyini, siyasi və təhlükəsizlik yönümlü yanaşmaların bu istiqamətdəki fəaliyyəti müvəffəqiyyətsizliyə düçar etdiyini bildirərək, "İranda bu iqtisadi sistemlə güclü və fəal bir özəl sektor mümkün deyil. Neftlə bir çox kəsirin bağlanıldığı güman edilir. Özəl sektor, iqtisadiyyatın əsası kimi qəbul edilmir",- deyib.

İranda iqtisadi idarəetmədə tarixi problemlərə işarə edən Leylaz, "Bu, Səfəvi dövründən bu yana belədir. Hər zaman siyasət, iqtisadiyyatın önünə keçmişdir",- bildirib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et