İranda dolların qiyməti rekord həddə bahalaşıb | Banco.az

İranda dolların qiyməti rekord həddə bahalaşıb

İranda milli valyuta dollar qarşısında dəyərini daha da itirib.

Ötən gün İranda valyuta mübadiləsi məntəqələrində bir dollar iyirmi min tümənə dəyişdirilib.

Bu İran tarixində milli valyutanın dollar qarşısında ən aşağı dəyəri hesab edilir.

Bu arada ötən gün nazirlər kabinetinin toplantısında çıxış edən prezident Həsən Ruhani bu artımın valyuta bazarında şok yaratdığını bildirib və bu şokun “ölkəyə qarşı psixoloji addımlar"dan dolayı baş verdiyini deyib.

Həsən Ruhani ölkənin müvafiq qurumlarına valyuta bazarına nəzarət barədə göstərişlərin verildiyini deyib.

İranda 1 ABŞ dollarının 2018-ci ilin Aprel ayında 4 min tümən səviyyələrindən 6 min 100 tümənə çıxması Prezident Həsən Ruhani hökumətini hərəkətə keçirmişdi. İran Mərkəzi Bankı,tümənin dəyərdən düşməsinin qarşısını almaq məqsədilə 10 Aprel 2018-ci ildə dolları 4 min 200 tümən olaraq sabitləmiş və ölkədə dövlət məzənnəsi və sərbəst bazar məzənnəsi olaraq iki ayrı məzənnə ortaya çıxmışdır.

2018-ci ildə ABŞ-ın nüvə razılaşmasından tək tərəfli çıxaraq İrana sanksiyaları tətbiq etməsinin ardından,  2018-ci ilin Sentyabr ayında 19 min tümənə qalxan dollar, daha sonrakı müddətdə 10 min 300 tümənə qədər enmişdi.

Ən sərfəli kredit üçün müraciət et

İranda 1 ABŞ dolları yanvar ayında 13 min 350 tümən ətrafında idi, hazırda isə 18 min tümənə bərabərdir İranın pul vahidi ilin əvvəlindən bu yana dollar qarşısında 50% dəyər itirib.

SalamNews, Marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et