İran sığorta şirkətləri Rusiya üçün Qərbi əvəz edə bilər | Banco.az

İran sığorta şirkətləri Rusiya üçün Qərbi əvəz edə bilər

Müəllif - Aida İsaq, Banco.az

İran sığorta və təkrarsığorta şirkətləri Rusiya bazarı üçün konsorsium yaradıblar.

Banco.az xəbər verir ki, burada məqsəd Rusiya bazarından ayrılmış Qərb tərəfdaşlarını əvəz etməkdir.

12 İran firmasının daxil olduğu konsorsiumun ümumi aktivləri 27,6 milyard dollara qədər, bazar payı isə 48 faizdir.

İlkin mərhələdə enerji obyektlərinin, gəmilərin və yüklərin sığortalanması nəzərdə tutulur. Peyklərin və aviasiyanın sığortalanma imkanları da nəzərdən keçirilir.

Rusiyanın sığorta məsləhətçiləri və brokerləri şirkəti "Challenge Group" İranın bu sahədə böyük təcrübəyə malik olduğunu bildirib

“İranlı sığortaçılar genişmiqyaslı sanksiyalar altında 40 ildən çox fəaliyyət göstərib. Buna görə də, onlar risklərlə effektiv işləməyi öyrənərək bu sahədə geniş təcrübə, bilik və ən əsası kapital toplayıblar”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bundan əvvəl İran Rusiyaya dünya bazarlarına yüklərin çatdırılması üçün öz limanlarından istifadə etməyi təklif edib. Rusiya-İran hökumətlərarası komissiyasının iclasının yekunlarına görə Rusiya hökuməti Moskvanın bu istiqamətdə sərmayə yatırmağa hazır olduğunu bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram