İran Rusiyadan 5 milyard dollar kredit alacaq | Banco.az

İran Rusiyadan 5 milyard dollar kredit alacaq

İran parlamenti hökumətin Rusiyadan 5 milyard dollar kredit almasına icazə verilməsi haqqında qərar qəbul edib.

Həmin maliyyə vəsaitinin infrastruktur layihələrə xərclənməsi nəzərdə tutulur.

Bu qərar İran təqvimi ilə növbəti il üçün (hicri-şəmsi təqvimi ilə 1398-ci il) nəzərdə tutulan dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qəbul olunub. 

report.az