İran Rusiyadan 5 milyard dollar borc alacaq | Banco.az

İran Rusiyadan 5 milyard dollar borc alacaq

İranın Energetika naziri Rıza Erdekaniyan, dəmir yolu xətti və elektrik enerjisi layihələri üçün Rusiyadan 5 milyard dollar kredit alacaqlarını açıqlayıb. 

Nazir dövlət mediasına verdiyi müsahibəsində, İran Məclisi tərəfindən fevral ayında təsdiqlənən kreditin alınması ilə əlaqədar sabah Moskvaya səfər edəcəyini və rusiyalı həmkarı Aleksandr Novak ilə görüşəcəyini söyləyib. 

Ən sərfəli kredit üçün müraciət et

Erdekaniyan, Moskvadan alınacaq kreditin Hürmüzgan əyalətindəki 1400 meqvatlık elektrik stansiyasının və dəmir yolu xəttlərinin tikilməsində istifadə ediləcəyini qeyd edib. 

İran Məclisi, fevral ayında hökumətin Rusiyadan infrastruktur sərmayələri və layihələr üçün 5 milyard dollar kredit almasını nəzərdə tutan qanunu qəbul etmişdi.

marja

 

Ən sərfəli krediti almaq üçün müraciət et