Müəllif:Mehin Qasımova/Banco.az
İran Rusiya ilə 2024-cü ildə valyuta sazişi bağlayacaq.
Banco.az xəbər verir ki, bu barədə İranın rəsmi ISNA agentliyi məlumat yayıb.
"Gələn ilin birinci rübündə İran və Rusiya arasında valyuta sazişi imzalanacaq", - deyə İran Mərkəzi Bankın rəhbəri qeyd edib.
Onun sözlərinə görə, bu, ölkələrə milli valyutalarla ticarət aparmağa imkan verəcək.
Qeyd edək ki, dekabrın 25-i Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri İranla tam miqyaslı azad ticarət sazişi imzalayıblar.
Sənəd 2019-cu ildən qüvvədə olan müvəqqəti sazişi əvəz edəcək. Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan nümayəndələri də sənədə imza atıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!