İran-Pakistan sərhədində azad ticarət zonası açılıb | Banco.az

İran-Pakistan sərhədində azad ticarət zonası açılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İran və Pakistan arasında Sistan-Bəlucistan əyalətindəki Pişin-Mend Sərhəd Qapısında azad ticarət zonası və elektrik enerjisi xətti istismara verilib.

Banco.az xəbər verir ki, azad ticarət zonası və elektrik xətti İran prezidenti İbrahim Rəisinin Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətinə səfəri zamanı keçirilən rəsmi mərasimlə istifadəyə verilib.

Pişin-Mend Sərhəd Qapısında keçirilən mərasimdə həmçinin Pakistanın Baş naziri Şahbaz Şərif də iştirak edib.

Qeyd edək ki, Sistan-Bəlucistan Azad Ticarət Zonasının direktoru Mubeyyin Alimey bildirib ki, bölgədə yaşayan 6 min ailə sərhəd ticarətindən faydalanacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et