İran: "OPEC dağıla bilər" | Banco.az

İran: "OPEC dağıla bilər"

İran Neft naziri Bijan Zəngənə, paytaxt Tehranda OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) Baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

Qlobal neft bazarı və problemlərinə dair OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə müzakirə apardıqlarını bildirən Zəngənə, "Bəzi OPEC üzvlərinin birtərəfli qərarları səbəbindən OPEC dağıla bilər" - deyib.

İranın öz maraqlarını düşünərək OPEC-ə üzv olduğunu deyən İranın neft naziri, "Əgər OPEC üzvləri İranı təhdid edərsə, bunu cavabsız qoymayacağıq" ifadəsini istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın İran sanksiyalarına dəstək verirlər. Bu ölkələr İranın neft bazarından çıxması vəziyyətində onun yerini tutacaqlarını açıqlayıblar.

Marja