İran: Neftin 200 dollara qədər bahalaşmağına hazır olun | Banco.az

İran: Neftin 200 dollara qədər bahalaşmağına hazır olun

Müəllif: Tamara Mustafayeva, Banco.az

İran: Neftin 200 dollara qədər bahalaşmağına hazır olun.

Banco.az xəbər verir ki, İranın yarı rəsmi “Fars” xəbər agentliyi hərbi sözçünün açıqlamasını yayıb. İranlı rəsmi bildirib: “ABŞ-ın, sionist rejimin və ya onların tərəfdaşlarının maraqlarına xidmət edəcək şəkildə Hörmüz boğazından bir litr belə neftin keçməsinə icazə verməyəcəyik”.

Sözçü əlavə edib: “Neftin bir barelinin qiymətinin 200 dollara yüksəlməsinə hazır olun. Çünki neftin qiyməti sizin sabitliyini pozduğunuz regional təhlükəsizlik vəziyyətindən asılıdır”.

Ən azı 839 hücum

Bildirilib ki, İran ABŞ və İsrailin hücumlarına cavab olaraq fevralın 28-dən etibarən 7 ərəb ölkəsində yerləşən ABŞ hərbi bazalarına və mühüm obyektlərə qarşı ən azı 839 raket zərbəsi endirib.

ABŞ və İsrailin İrana qarşı hücumları və İranın cavab tədbirləri davam etdiyi bir vaxtda Körfəz ölkələrində bir sıra mühüm obyektlər hədəfə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram