Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri stabilliyini saxlayır.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti nüvə razılaşmasının yenidən gündəmə gəlmə ehtimalı və İrandan gələcək neftlə bağlı narahatlıqlar fonunda çərşənbə günü ucuzlaşdıqdan sonra yeni günə stabil başlayıb.
ABŞ xam neftinin (WTI) iyun fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bu gün 17 sent bahalaşmaqla bir bareli 63.53 dollara icra edilir.
Brent markalı neftin iyul fyuçersi isə London əmtəə birjasında 0,2% bahalaşmaqla bir bareli 66.76 dollar səviyyəsinə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!