İran Mərkəzi Bankının Valyuta Şurasının sədr müavini Əhməd Əraqçi həbs olunub.
İran KİV-ləri xəbər verir ki, bunu İslam Respublikası məhkəməsinin sözçüsü Qulamhüseyn Möhsün-Ejei bildirib.
Məlumata görə, onunla yanaşı, daha üç nəfər həbs olunub. Q.M.Ejeyinin sözlərinə görə, onlara qarşı korrupsiya ittihamı irəli sürüləcək.
Ə.Ərakçi bu yaxınlarda korrupusiyada iştirakda şübhəli bilindiyi üçün tutduğu vəzifədən azad edilib.
Bir müddət əvvəl isə İran Prezidenti Həsən Ruhani hökumətin tərkibində dəyişiklik edərək, Mərkəzi Bankın sədri Vəliullah Seyfi tutduğu vəzifədən azad edilmişdi. Bu vəzifəyə Əbdülnəsir Himməti təyin olunub.
© Report