İran Körfəzində yaşanan böhran neft qiymətlərinə necə təsir edəcək? | Banco.az

İran Körfəzində yaşanan böhran neft qiymətlərinə necə təsir edəcək?

Mütəxəssislər, Böyük Britaniya və İran arasında yaşanan böhranın neft qiymətlərini yüksəldəcəyini nəzərdə tutur 

İranın Hörmüz Boğazında İngiltərənin neft tankerini saxlamasından sonra neft və qaz qiymətlərində dalğalanma baş verib. Bu vəziyyət enerji və bank sektoru üçün təhdiddir.

Analitiklərə görə, baş verən bu böhran başda ABŞ olmaqla digər iri iqtisadiyyatları durğunluğa sala bilər. 

"Rice" Universitetinin Enerji Araşdırmaları Mərkəzinin müdiri Ken Medlock, müharibənin baş verməsi ilə neft qiymətlərinin 100 dollara qədər qalxacağını, lakin sonradan regiondan ixracın əvvəlki səviyyəsinə qayıtması ilə qiymətlərin 80 dollar səviyyələrinə düşəcəyini düşünür.

Ən sərfəli kredit üçün müraciət et

"Saxo Bank"da Əmtəə strateqi Ole Sloth Hansen, müharibə başlasa xam neft qiymətlərinin 90 dollara yüksələcəyini gözləyir. Onun sözlərinə görə, qiymətlərin qalxacağı səviyyə Hörmüz Boğazında təhlükəsiz keçidin nə dərəcədə təmin edilməsinə bağlı olacaqdır. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et