İran Fransa avtomobillərinin idxalına qadağa qoyub | Banco.az

İran Fransa avtomobillərinin idxalına qadağa qoyub

Müəllif: Tamara Mustafayeva, Banco.az

İranda fransız avtomobillərinin satışına qadağa qoyulub.

Banco.az xəbər verir ki, Sənaye, Mədən və Ticarət Nazirliyi tərəfindən qəbul edilən qərar çərçivəsində Fransanın “Renault”, “Peugeot” və “Citroen” kimi şirkətlərinin istehsal etdiyi nəqliyyat vasitələrinin idxalına qadağa qoyulduğu bildirilib.

Nazirliyin sözçüsü Omid Kalibaf bu qərarın Fransa avtomobil istehsalçılarının əvvəlki illərdəki qeyri-peşəkar davranışlarına cavab olaraq qəbul edildiyini bildirib.

O, həmçinin qeyd edib ki, avtomobil idxalında ölkənin əsas tərəfdaşları Yapon, Koreya, Çin və Fransız olmayan Avropa avtomobil şirkətləridir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et