İran dünyada ən çox kriptovalyuta istehsal edən 7 ölkədən biri oldu | Banco.az

İran dünyada ən çox kriptovalyuta istehsal edən 7 ölkədən biri oldu

Tamara Mustafayeva, Banco.az

İran endirimli elektrik tarifləri səbəbilə Çin, Rusiya, ABŞ, Qazağıstan, Kanada və İslandiya ilə birlikdə dünyada ən çox kriptovalyuta istehsal edən 7 ölkədən biri olub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, İran Elektrik İstehsalı və Paylanmasını İdarəetmə şirkətinin nəzdində fəaliyyət göstərən kriptovalyuta istehsal mərkəzlərini elektriklə təmin edən şöbənin sədri Muhammed Hudadadi Behlül ölkədəki kriptovalyuta istehsalı ilə əlaqədar açıqlama edib.

Behlül ölkəsinin endirimli elektrik tarifləri səbəbilə Çin, Rusiya, ABŞ, Qazağıstan, Kanada və İslandiya ilə birlikdə dünyada ən çox kriptovalyuta istehsal edən 7 ölkədən biri olduğunu vurğulayaraq bunun isə öz növbəsində yüksək miqdarda elektrik enerjisi sərfiyyatına səbəb olduğunu söyləyib. 

Xatırladaq ki, İranda elektrik enerjisinin verilməsi ilə bağlı yaşanılan fasilələr səbəbilə ölkədə Bitkoin mədənçiliyi üzrə fəaliyyətlər 26 may tarixindən etibarən prezident Həsən Ruhaninin təlimatı ilə müvəqqəti olaraq dayandırılmışdı. Sözügedən qadağanın 22 sentyabr tarixinədək davam edəcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram