İqtisadiyyatının dollarlaşdırılması ilə bağlı mübarizə tədbirləri keçiriləcək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

İqtisadiyyatının dollarlaşdırılması ilə bağlı mübarizə tədbirləri keçiriləcək

Beynəlxalq Valyuta Fondu (BVF) 2015-ci il sentyabr ayında Azərbaycan maliyyə sektorunun ikinci qiymətləndirilməsinin nəticələrini açıqlayacaq.

Banco. az portalı Trend-ə istinadən bildirir ki, bu barədə BVF-nin eksperti Ceyms Uolş Bakıda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, cari ilin mart ayında ölkənin maliyyə sektorunun qiymətləndirilməsi həyata keçirilib: “Hazırda Azərbaycanın Mərkəzi Bankı ilə yekun sənədin mətni razılaşdırılır”.

C.Uolş qeyd edib ki, ikinci qiymətləndirmə çərçivəsində məsləhətlər Azərbaycan hökumətinin hazırkı şərtlər daxilində iqtisadiyyatın dollarlaşdırılmasına qarşı həyata keçirilən tədbirlərlə əlaqədardır.