"İqtisadiyyatımız qələbədən sonra sabitlik nümayiş etdirir" | Banco.az

"İqtisadiyyatımız qələbədən sonra sabitlik nümayiş etdirir"

“Ölkə başçısının bilvasitə rəhbərliyi ilə Müzəffər Ordumuzun erməni işğalçıları üzərində qələbə qazanıb”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Azərbaycan xalqının 30 ilə qədər gözlədiyi arzusu reallığa çevrilib. Bütün bunların arxasında olduqca böyük bir iş durur. Azərbaycan iqtisadiyyatı bu qələbədən sonra sabitlik nümayiş etdirir. Ermənistan isə böhranın içərisindədir”, - E.Rüstəmov vurğulayıb.

Elman Rüstəmov, “Qarşımızda çox böyük işlər var. Bu işlərin həyata keçirilməsi, işğaldan azad edilən ərazilərə qoyulan investisiya bizim iqtisadiyyatımızı daha da böyüdəcək”,- deyib.

Bundan başqa, onun sözlərinə görə, dünya bazarlarında gedən dəyişikliklər hamıya məlumdur.

“Azərbaycanın maliyyə sektoru daha da güclənməlidir”, - deyə o, əlavə edib.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram