"İqtisadiyyatı ən yaxşı şəkildə dəstəkləməyin yolu faiz məsələsində səbrli olmaqdır" | Banco.az

"İqtisadiyyatı ən yaxşı şəkildə dəstəkləməyin yolu faiz məsələsində səbrli olmaqdır"

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauell, iclasın ardından keçirdiyi mətbuat konfransında "İqtisadiyyatı ən yaxşı şəkildə dəstəkləməyin yolu faiz məsələsində səbrli olmaqdır" - deyib.

Qlobal, o cümlədən Çin və Avropada iqtisadi artımın ləngidiyini deyən Fed sədri, siyasətin məlumatlara bağlı olduğunu vurğulayıb.

"Davamiyyətli iqtisadi fəaliyyət və güclü əmək bazarı gözləyirik", - deyən Pauell, ABŞ iqtisadiyyatının mükəmməl bir nöqtədə olduğunu deyib.

İnflyasiyanın 2%-lik hədəfə yaxın qaldığını qeyd edən Fed sədri, iqtisadiyyatı ən yaxşı şəkildə dəstəkləməyin yolunun səbrli olmaq olduğunu vurğulayıb. Pauell, səbrli olma müddətinin nə zaman başa çatacağının tamamilə gələn məlumatlara bağlı olduğunu deyib.

Pauell, neftin qiymətinin aşağı düşməsinin inflyasiyanı aşağı salmağa davam edəcəyini deyib.

Fed Sədri, "Siyasətimizin bu anda məqsədəuyğun olduğunu düşünürük" deyib və siyasəti sürətli bir şəkildə dəyişdirməyi tələb edəcək bir səbəb olmadığını vurğulayıb.

Pauell, "İqtisadi göstəriciləri geniş miqyasda qiymətləndirəcəyik" deyib və növbəti faiz qərarının statistik məlumatlara bağlı olacağını sözlərinə əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-da federal hökumətinin bağlı qalması məsələsini dəyərləndirən Fed sədri, "Hökumətin bağlanması ilk rüb iqtisadi inkişafına təsir göstərəcəkdir",- şəklində bildirib.

Pauell, son məlumatların qlobal iqtisadi artım tempinin yavalşlamaqda davam etdiyinə işarə etdiyini qeyd edib.

Pauell, "Sərt "Brexit" ABŞ-a təsir göstərəcəkdir", - deyib. 

Pauell, "Siyasi narahatlıqlar bizim üçün heç vaxt önəmli olmayacaq",- da deyib.

Bu gün Fed faizdə dəyişikliyə getməyərək 2.25% - 2.50% aralığında saxlayıb. ABŞ Mərkəzi Bankı faiz artırmaqda "səbrli olacağını" açıqlayıb. 

Fed faiz artımaqda səbirli olmaqla iqtisadi inkişafı, məşğulluğu dəstəkləməyi hədəfləyir. Çində və Avropada iqtisadi artım yavaşlayıb. ABŞ iqtisadiyyatında da inkişafın ləngiyəcəyi ehtimal edilir. Brexit, ABŞ-Çin ticarət müharibələri də qeyri-müəyyənlik yaradır. Belə bir vəziyyətədə əlavə faiz artırmaq lüzumsuz ola bilər.  

Analitiklər nəyinki Fed-in faiz artırmağı dayandıracağını, hətta faiz endirə biləcəyini də dilə gətirirlər.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et