"İqtisadiyyatda ləngimə əlamətləri görünür" | Banco.az

"İqtisadiyyatda ləngimə əlamətləri görünür"

ABŞ Mərkəzi Bankının (Fed) Nyu-York şöbəsinin sədri John Williams, ABŞ iqtisadiyyatının güclü göründüyünü ancaq bəzi ləngimə işarələrinin olduğunu bildirib. 

O, bəzi qeyri-müəyyənliklər və risklərdən dolayı mənzərənin daha qarışıq olduğunu söyləyib.

Williams, "İqtisadiyyatda bir az ləngimə əlamətləri görünür. Pul siyasətinin iqtisadiyyatın davamlı sürətdə artmasını təmin edəcək şəkildə aparılmasını istəyirik",- deyib. 

Fed 2019-cu ildə 2 dəfə faiz endirib (İyul və Sentyabrda). 

Marja