İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri bəlli oldu | Banco.az

İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri bəlli oldu

Tamara Mustafayeva, Banco.az

İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri müəyyən olub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, 2021-ci il iqtisadiyyat üzrə Nobel mükafatını David Card, Joshua D.Angrist və Guido W. Imbens qazanıb. 

Bu mükafat Kanadalı iqtisadçı David Card-a məşğulluq iqtisadiyyatına empirik töhfələrinə, Amerikalı iqtisadçı Joshua D. Angrist və Holland əsilli Amerika iqtisadçısı Guido W. Imbens-ə isə səbəb-nəticə əlaqələrinə metodoloji töhfələrinə görə verilib.

Xatırladaq ki, rəsmi mükafatlandırma mərasimi bu il Norveçin paytaxtı Oslo şəhərində, ənənəvi olaraq Alfred Nobelin ölüm ildönümü günü, dekabr ayının 10-da keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et