İqtisadiyyat üzrə Nobel mükafatı laureatları məlum oldu | Banco.az

İqtisadiyyat üzrə Nobel mükafatı laureatları məlum oldu

Tamara Mustafayeva, Banco.az

2022-ci il İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri bəlli olub.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) keçmiş sədri Ben S. Bernanke 2022-ci il İqtisadiyyat üzrə Nobel Mükafatını Douglas W. Diamond və Philip H. Dybvig ilə birlikdə qazanıb.

Üç ABŞ iqtisadçısının banklar və maliyyə böhranları ilə bağlı araşdırmalarına görə bu mükafata layiq görüldüyü qeyd edilib.

İsveç Kral Elmlər Akademiyasından Stokholmda edilən açıqlamada 3 iqtisadçının 10 milyon kron (900 min dollar) mükafatı bölüşəcəyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram