“İqtisadiyyat manatın dövretmə sürətinə təsir edir” – Eldəniz Əmirov | Banco.az

“İqtisadiyyat manatın dövretmə sürətinə təsir edir” – Eldəniz Əmirov

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bu il mayın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,34 bənd təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,04 bənd az, ilin əvvəlinə nisbətən 0,14 bənd az, illik müqayisədə isə 0,63 bənd azdır. AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.


Manatın dövretmə sürəti barədə Banco.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirli bildirib ki, dövriyyə sürəti iqtisadiyyatın sağlamlığını və canlılığını ölçmək üçün ciddi bir vasitədir:

“Ümumiyyətlə, iqtisadiyyatda dövretmə mal və xidmətlərin alınması məqsədilə xərclənmə sürəti kimi başa düşülür. Yəni bu, pulun mübadilə sürətinin ölçüsüdür. Dövriyyə sürətini müəyyən etmək üçün, qiymət səviyyəsini məcmu real dəyərə vurub pulun ümumi nominal miqdarına bölürlər. 
Yüksələn pul sürətinin dövriyyəsi genişlənən iqtisadiyyat anlamına gəlir. Amma pul sürətinin azalması isə iqtisadiyyatın daralmasının  göstəricisidir”.

Milli valyutanın sürəti ilə bağlı AMB-nin açıqladığı son statistikaya diqqəti yönəldən ekspert hesab edir ki, 2024-cü ilin fevralın biri ilə (red: 3.20 bənd) müqayisədə aprel ayının göstəricisi əksinə artım olduğuna işarə edir:

Ən sərfəli kredit üçün müraciət et

“2023-cü ilin sentyabrında manatın dövretmə sürəti 3.75 bənd təşkil edib. 2023-cü ilin fevral, mart aylarında olan  göstərici manatın dövretmə sürətinin  son doqquz ilin ən pis vəziyyətini əks etdirir.
Amma sentyabrdan başlayaraq bu artım 3.65-ə qalxıb. Hətta 2022-ci ilin oktyabr ayında bu rəqəm 4.64 olub. Təbii ki, o göstəriciləri ilə müqayisədə bu gün ortada olan göstərici azalma olduğunu göstərir. 
Pulun dövretmə sürəti iqtisadiyyata təsir etmir, iqtisadiyyat pulun dövretmə sürətinə təsir edir. Yəni ikinci birincini formalaşdırır. Bir sözlə iqtisadi aktivlik genişləndikcə, pulun dövretmə sürəti artır”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et