Müəllif - Aida İsaq, Banco.az
Dünya iqiyyatlarının bir-birinə rəqib bloklara parçalanması riski zaman olaraq uyğunsuz dövrə tuş gəlib.
Banco.az xəbər verir ki, bu barədə BVF-nin icraçı direktoru Kristalina Georgiyeva bildirib. Onun sözlərinə görə, böyük onilliklərə dayanan qlobal inteqrasiyadan sonra parçalanma təhlükəsi xüsusilə Avropa üçün ürəkaçan nəticələr vəd etmir. Dünyanın rəqib iqtisadi bloklara parçalanması riski artır. BVF təmsilçisi qlobal iqtisadiyyatın artım səviyyəsinin aşağı olmasını əsas gətirərək qısa və orta müddətli perspektivdə tərəflərə ayrılmağı müsbət qarşılamayıb.
Eyni zamanda Kristalina Georgiyeva Ukraynada baş verən müharibə fonunda enerji qiymətlərinin kəskin bahalaşması, yaşayış minimumu, həmçinin demoqrafik, məhsuldarlıq ilə bağlı məsələlərə diqqət yetirilməsinin olduqca zəruri olduğunu vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!